Ərdoğan: "CHP Həmişə uduzan birini namizəd etdi"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən mitinqdə çıxış edib. Bu barədə “Hürriyyət” qəzetinin rəsmi saytı məlumat yayıb. Ərdoğan çıxışı zamanı müxalif CHP rəhbərlərini "topa tutub": “Səmimiyyətlə çalışan bir dostumuzu namizəd göstərdik. Veysəl Tiryaki qardaşımızda təcrübə də, gənclik də var. Biz uğuru mükafatlandırdığımız halda müxalifət nə etdi?. Kamal bəy gedib özü kimi birini tapdı. Həmişə uduzan birini namizəd etdi. Seçkidə 2 dəfə məğlub olmuş şəxsi ankaralıların qarşısına çıxardılar. Bir buqələmun ittifaqı meydana gətirdilər”, - Ərdoğan bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə