ABŞ-ın Ermənistandakı səfiri gələn həftə İrəvana yollanır

ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi gələn həftə İrəvana gələcək. Bu barədə ABŞ-ın Ermənistandakı Səfirliyinin Feybuk hesabında məlumat paylaşıb.

Qeyd edək ki, Treysi hazırda ABŞ Dövlət Departamentində Rusiya və keçmiş SSRİ ölkələri ilə iş üzrə baş müşavir vəzifəsini tutur. Bu vaxta qədər Treysi ABŞ-ın Moskvada, Aşqabadda, Astanadakı səfirinin müavini kimi çalışıb. O, həmçinin ABŞ Dövlət katibinin Mərkəz Asiya üzrə köməkçisinin müavini olub.

Bütün xəbərlər Facebook səhifəmizdə