Türkiyə yeni helikopterin hazırlığına start verib

Türkiyə özünün yerli ağır zərbə helikopterlərinin hazırlanmasına start verib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Helikopterin ilk test uçuşu 5 il sonra həyata keçiriləcək. Yeni helıkopterlərin yükgötürmə qabiliyyətləri ATAK-dan iki dəfə çox olacaq.

Ankaranın hazırlayacağı yeni helikopterin öz sinifində dünyanın ən yaxşı üçlüyə daxil olacağı bildirilir. Yeni helikopterlər 2 “Turboşaft” mühərriki ilə, tank əleyhinə raketlər və hava-hava tipli raketlərlə təchiz olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə