Trampı Vyetnamda 200 nəfər qoruyacaq

ABŞ Prezidenti Donald Trampı Vyetnamda Şimali Koreya lideri Kim Çen İnlə görüşü zamanı ABŞ-ın Məxfi Xidmətinin 200 əməkdaşı mühafizə edəcək. Bu barədə “VnExpress” saytı məlumat yayıb. Bildirilib ki, ABŞ liderinin mühafizəçilərini Vyetnama dörd təyyarə daşıyacaq. Qeyd edək ki, Tramp-Kim Çen İn görüşü fevralın 27-də Vyetnamın paytaxtı Hanoyda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə