Saxta spirtli içkidən 84 nəfər ölüb Hindistanda

Hindistanda saxta spirtli içkidən 84 nəfər ölüb, 200 adam isə toksik zəhərlənmə diaqnozu ilə xəstəxanalara çatdırılıb. Associated Press agentliyi xəbər verir ki, Hindistanın Assam ştatındakı Qolaxat və Corhat rayonlarında çay plantasiyalarının işçiləri saxta likördən zəhərləniblər. Müəyyən edilib ki, ucuz qiymətə satılan bu içkinin tərkibində olan metil spirti insanın əsəb sistemini sarsıdır və bir çox hallarda ölümə səbəb olur.

Assam ştatının Səhiyyə Nazirliyindən bildiriblər ki, xəstəxanalara yerləşdirilmiş 200 nəfərdən bir neçəsinin vəziyyəti ağırdır. Polis saxta spirtli içki satan mağazaların sahiblərini və daha doqquz nəfəri həbs edib.

Ötən ay da Uttar Pradeş ştatında saxta spirtli içkidən 80 nəfər ölmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə