ABŞ-ı BMT-də kim təmsil edəcək?

ABŞ Prezidenti Donald Tramp ölkəsinin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizədinin adını açıqlayıb. SİA Anadolu Agentliyinə istinadla xəbər verir ki, Prezident bu vəzifəyə hazırda ABŞ-ın Kanadadakı səfiri Kelli Kraftı namizəd göstərib. Bu barədə D.Tramp “Tvitter” səhifəsində məlumat verib. O, Kelli Kraftın ölkəsi üçün böyük işlər gördüyünü və onun namizədliyini dəstəkləməkdən məmnunluq duyduğunu bildirib.

Qeyd edək ki, Prezident bir qədər əvvəl bu vəzifəyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hiter Nauertin namizədliyini dəstəklədiyini demişdi. Lakin H.Nauert ailə problemlərini səbəb gətirərək namizədlikdən geri çəkilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə