Türkiyənin paytaxtı Ankarada yeni kanal tikiləcək. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Kanalın uzunluğu 9,2 kilometrə bərabər olacaq.

Qeyd olunur ki, Ankarada kanalın tikintisi 2014-cü ildə planlaşdırılırdı. O zaman tender keçirilsə də, nəticələr şəhər rəhbərliyi tərəfindən ləğv edilmişdi. Ankara kanalının heç bir kommersiya məqsədi daşımayacağı və yalnız daşqınların və su axınlarının qarşısının alınması üçün tikiləcəyi deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə