Ermənistan sakini özünü yandırmaq istədi

Yerevanın mərkəzində özünü yandrmağa cəhd edən şəxlsə bağlı insident yaşanıb. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, 54 yaşlı Gümrü sakini qızı ilə birlikdə hökumət binasına daxil olmaq istəyib. Amma içəri buraxılmadığını gördükdə yanında gətirdiyi yandırıc maye ilə özünü yandırmaq istəyib.

Ərazidə olan polis onun bu cəhdinin qarşısını alıb və həmin şəxsi polis idarəsinə aparıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə