Fransada aksiya: Makron antisemitizm əleyhinə nümayişə qoşulmayıb

Fransada antisemitizm əleyhinə nümayiş keçirilib. SİA xəbər verir ki, ölkə prezidenti Fransa Prezidenti Emmanuel Makron, Senatın sədri Jerar Larşe, Milli Assambleyanın sədri Rişar Ferran Parisdəki Şoa xatirə abidəsinin qarşısına gəlib. Şoa qurbanlarının xatirəsini yad edərək, 76 min yəhudinin adı yazılan “adlar divarının” qarşısından keçib.

Prezidenti Emmanuel Makronun Yəhudi İnstitutları Təmsilçiliyi Şurasının (CRIF) illik şam yeməyində bununla bağlı çıxış edəcəyi gözlənilir. Prezident E. Makron Parisdə Respublika meydanında keçirilən antisemitizm əleyhinə nümayişə qoşulmayıb.

Nümayiş iştirakçıları Respublika meydanına toplaşıblar. Fransa hökumət nümayəndələri, parlamentarilər, keçmiş prezidentlər Respublika meydanında keçirilən nümayişə qoşulublar.

Ölkənin digər şəhərlərində də antisemitizm əleyhinə nümayişlər keçirilir. Bu gün Alzas regionunda yəhudi qəbiristanlığında 80-a qədər qəbrin dağıdıldığı qeyd olunur.

Qeyd edək ki, yerli mətbuat 2018-ci ildə Fransada antisemit aktların 74 faiz artdığını bildirir.

Bütün xəbərlər Facebook səhifəmizdə