İran son 5 ildə benzin istehsalını ikiqat artırıb

Son 5 ildə İranın benzin istehsal etmə potensialı ikiqat artıb. SİA-nın verdiyi məlumata görə, bunu İranın neft naziri Bijən Zəngəne deyib.

Bəndər-Abbas şəhərində “Xəlice fars” neft emalı zavodunun 3-cü fazasının açılışına qatılan iranlı nazir bildirib ki, 2013-cü ildə ölkənin benzin istehsal etmə potensialı 52 milyon litr olubsa bu rəqəm cari ildə 105 milyon litrdən artıqdır.

B.Zəngəne bildirib ki. Bu rəqəm cari ilin sonuna qədər daha da artacaq. İranlı nazir ABŞ sanksiyaları ilə bağlı deyib: “Əvvəllər Amerika İranı benzinin idxalı məsələsində təhdid edirdi. Lakin bu dəfə vəziyyət fərqlidir."

İranın neft ixrac etmə potensialına diqqət çəkən nazir deyib: “Biz özümüz ixrac etmək istəmirik. Daha çox yığmaq, saxlamaq və artırmaq istyirik. Bu il mehr ayında (sentyabr) neftin idxalını dayandırdıq. Gələn ildə də neftin idxal edilməsi üçün büdcə ayrılmayacaq".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə