Türkiyədə avtobus qəzasında 3 nəfər ölüb FOTO

Türkiyənin Mardin şəhərinin Midyat bölgəsində avtobusun aşması nəticəsində 3 nəfər həlak olub, 14 nəfər yaralanıb. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, hadisə yerinə çox sayda təcili yardım əməkdaşları cəlb olunub. Mardin Dövlət Xəstəxanasına yerləşdirilən yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə