Putin və Makron Suriyadakı vəziyyəti müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. SİA-nın Kremlin mətbuat-xidmətinə istinadən məlumatına görə, tərəflər telefon danlışığı zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər: "Əsas diqqət Suriyadakı vəziyyətə yönəldilmişdi. Vladimir Putin 14 fevral Soçidə Astana prosesinin qarant dövlətlərinin rəhbərlərinin görüşündə nail olunmuş razılıqlar haqqında məlumat verib. Hər iki tərəf Suriyanın daxili siyasi dialoqunun inkişaf etdirilməsinin vacibliyini qeyd edib, ilk növbədə - Konstitusiya Komitəsinin tez bir zamanda fəaliyyətə başlamasını".

V.Putin və E.Makron bundan əlavə Suriyanın şimal-şərqdə, həmçinin İdlib deeskalasiya zonasındakı vəziyyəti müzakirə ediblər. Rusiya prezidenti silahlıların kimyəvi maddələrin istifadəsi ilə təxribatlar hazırladıqlarını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə