ABŞ-da yolda 47 maşın toqquşub FOTO

Fevralın 15-də ABŞ-ın Missuri ştatının Ouk Qrouv şəhərində güclü qar yağması səbəbindən 47 minik və yük maşını bir-biri ilə toqquşub. SİA-nın məlumatına görə, bu barədə ştatın polis idarəsi məlumat yayıb.

Məlumata görə, zəncirvari qəza nəticəsində 1 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Qəzanın baş verdiyi yolda hərəkət birtərəfi qaydada bağlanıb, sürücülər alternativ istiqamətlərə yönləndirilib. Bir neçə saatdan sonra xilasedicilər yol kənarına aşmış maşınları götürdükdən sonra, hərəkət bərpa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə