Türkiyənin İzmir şəhərində torpaq sürüşməsi baş verib

Türkiyənin İzmir şəhərində torpaq sürüşməsi baş verib. Hadisə zamanı 10 ev zərər görüb, bir ev tamamilə dağılıb. SİA xəbər verir ki, sürüşmənin təxminən 10 gün əvvəldən başladığı, lakin bu gün aktivləşdiyi bildirilir. Ətrafdakı evlərin sakinləri təxliyə olunublar.

Sürüşmə səbəbindən bəzi yollar tamamilə bağlanıb. Hadisə zamanı ölən və yaralananların olmadığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə