Suriyadan olan 395 qaçqın ötən il Rusiya vətəndaşlığı alıb

Suriyadan 395 qaçqın ötən il Rusiya vətəndaşlığı alıb. AZƏRTAC xəbər verir ki, bu rəqəm Rusiya Daxili İşlər Nazirliyinin 2018-ci ildə ölkədə miqrasiya ilə bağlı vəziyyətə dair hesabatında əks olunub. Hesabata görə, 569 suriyalı Rusiya ərazisində uzun müddət, 833-ü isə müvəqqəti yaşamaq hüququ əldə edib. Bundan əlavə, 5 min Suriya vətəndaşı Rusiya vizası alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə