NATO: “Bu gün bütün nüvə silahlarına nəzarət edən rejimlər təhlükədədir”

Alyans Avropada nüvə silahı yerləşdirməyi planlaşdırmır. Axar.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq Münhendə çıxışı zamanı deyib. O, eyni zamanda bildirib ki, ittifaq Yaxın və Orta mənzilli raketlərlə bağlı müqavilənin gələcək taleyindən dolayı sadəlövhlük nümayiş etdirməyəcək: “Bu gün bütün nüvə silahlarına nəzarət edən rejimlər təhlükədədir”.

Rusiya təfərindən təkmilləşdirilən SSC8 raketləri barədə danışan baş katib əlavə edib ki, indi Avropa şəhərləri təhlükə altındadır: "Hazırda beynəlxalq konfransın keçirildiyi Münhen də təhlükədədir".

Bütün xəbərlər Facebook səhifəmizdə