Fransada polisləri döyən boksçu cəzalandırıldı

Fransadada "Sarı jiletli"lərin aksiyasına qatılaraq, polisləri döyən boks üzrə yüngül çəkidə dünya çempionu Kristofer Dettingerin cəzası məlum olub.

Qaynarinfo xəbər verir ki, yanvarın 5-də baş vermiş hadisənin ardından 7 yanvarda saxlanılan boksçuya 1 il həbs, 1,5 il də inzibati həbs cəzası verilib. O, gecələri həbsxanada qalmaq şərtilə gündüzlər işləyə biləcək. Bundan başqa 37 yaşlı boksçu döydüyü polislərdən birinə 3 min, digərinə isə 2 min avro təzminat ödəyəcək.

Dettinger məhkəmədə verdiyi ifadəsində polislərin yerə yıxılmış bir qadını təpiklədiyini gördükdən sonra məsələyə müdaxilə etdiyini bildirib. O, tutduğu əməldən peşman olduğunu dilə gətirib.

Qeyd edək ki, boksçunun görüntüləri sosial şəbəkələrdə sürətlə yayıldıqdan sonra "Sarı jiletlilər"in önəmli şəxslərindən birinə çevrilmişdi. Dettingerin məhkəmə xərclərinin qarşılanması üçün internet üzərindən aparılan kampaniyada qısa zaman ərzində 120 min avro toplanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə