Leyboristlər partiyasından 10 deputat istefa verəcək?

İngiltərənin Leyboristlər partiyasını təmsil edən 10 deputat istefa verəcəyini açıqlayıb. Onlar partiya lideri Ceremi Korbin tərəfindən ikinci referendum çağırışı olmadığı təqdirdə istefaya hazırlaşdıqlarını bildiriblər. Partiya nümayəndələri Ceremi Korbinin Baş nazir Tereza Meyə yetərincə təzyiq göstərmədiyini deyiblər.

Xatırladaq ki, Leyboristlər Partiyası İngiltərənin Avropa İttifaqından çıxması əleyhinə mövqeləri ilə seçilib. Onların prioritet tələblərindən biri də gömrük birliyində qalmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə