Filippinin adı dəyişdirilə bilər

Filippin rəhbərliyi ölkənin adının dəyişdirilməsi təklifi ilə çıxış edib. Filippinin “Manila Bulletin” saytı xəbər verir ki, bu təşəbbüsü ölkə Prezidenti Rodriqo Duterte irəli sürüb.

Dövlət başçısı ölkənin adının dəyişdirilərək “Maharlika” adlanması tərəfdarıdır. Filippinin indiki adı İspaniyanın müstəmləkəsi olduğu dövrdə ispan kralı II Filippin adı ilə bağlıdır. Prezidentin mətbuat katibi Salvador Panelo jurnalistlərə müsahibəsində bildirib ki, ölkə Konstitusiyasına görə, dövlət başçısının təklifi Konqresin müzakirəsinə çıxarılacaq və qanunverici orqanın təsdiqindən sonra ümumxalq referendumu keçiriləcək. O əlavə edib ki, yeni “Maharlika” adı ölkənin Malay mənşəyi ilə əlaqədardır.

Bütün xəbərlər Facebook səhifəmizdə