İspanlar növbədənkənar parlament seçkiləri tələb edir

Fevralın 10-da Madriddə minlərlə adam ölkənin birliyini qoruyub saxlamaq və növbədənkənar parlament seçkiləri keçirmək çağırışı ilə mitinqə toplaşıb. AZƏRTAC xəbər verir ki, mitinq iştirakçıları İspaniyanın Baş naziri Pedro Sançesdən Kataloniyanın hakimiyyət orqanları ilə danışıqları dayandırmasını tələb ediblər.

İspaniya Milli Polisinin məlumatına görə, müxalifət partiyaları, o cümlədən “Partido Popular” tərəfindən təşkil edilmiş mitinqdə 45 min adam iştirak edib. Növbədənkənar seçkilər “Birləşmiş İspaniya artıq seçkilərə getməlidir!” şüarı altında toplaşan mitinqçilərin ən çox səslənən tələbidir.

İspaniya hökumətinin rəsmi nümayəndəsi İsabel Selaa fevralın 11-də bildirib ki, hökumət “birləşmə və Kataloniyanın İspaniyada yerləşdirilə biləcəyi çərçivələrin axtarışı” üzərində işləyir. O vurğulayıb ki, “təyini-müqəddərat çərçivəsini” heç vaxt qəbul etməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə