Rusiya Yaxın Şərq konfransında iştirakdan imtina edib

Rusiya Varşavada keçiriləcək Yaxın Şərq konfransında iştirakdan imtina edib. Bu məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb. Rəsmi Moskva bu konfransı ABŞ tərəfinin öz birtərəfli geosiyasi maraqlarını bütün beynəlxalq ictimaiyyətin təşəbbüsü kimi göstərmək cəhdi adlandırıb.

Rusiya baş tutacaq konfransı Vaşinqtonun siyasi layihəsi sayıb və Yaxın Şərqin problemlərinin həllini əhatə etmədiyini bildirib. Konfransın antiiran xarakterli olduğu da vurğulanıb. Qeyd edək ki, fevralın 13-də Varşavada Yaxın Şərq konfransı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə