Pakistanda qəza olub ölənlərin sayı 27 nəfərə çatıb

Pakistanda yanacaq tankeri ilə avtobusun toqquşması nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb. SİA "Anadolu"ya istinadən verdiyi xəbərə görə, qəza Belucistanın Las-Bela bölgəsində qeydə alınıb.

Pakistan polis əməkdaşı Şabir Mengalın sözlərinə görə, qəza zamanı avtobusda 33 sərnişin olub. Toqquşma nəticəsində güclü yanğın başlayıb və avtobusdakı sərnişinlər yanaraq ölüblər.

Hadisə nəticəsində 6 nəfər yaralanıb, bir nəfərin vəziyyəti ağırdır.

Qeyd edək ki, daha əvvəl 14 nəfərin öldüyü açıqlanmışdı.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə