Mərakeşdə qırıcı təyyarə qəzaya uğrayıb

Mərakeşdə qırıcı təyyarə qəzaya uğrayıb. “RİA Novosti” xəbər verir ki, bu barədə ölkə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Hadisə ölkənin şimal bölgəsində təlim uçuşu zamanı qeydə alınıb. Belə ki, “Mirage F1” tipli qırıcı təyyarə texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Hadisə zamanı zərərçəkən olmayıb, pilot da təyyarəni vaxtında tərk edə bilib.

Bütün xəbərlər Facebook səhifəmizdə