Fransada etiraz aksiyalarına 147 mindən çox adam qatılıb

Fransada “sarı jilet”lilər hərəkatının etiraz aksiyasına 84 min insanın əvəzinə 147 min aktivist qoşulub. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir. Facebook-da fəaliyyət göstərən Le Nombre Jaune qrupu həftə sonu "sarı jiletli”lər hərəkatının aksiyasına ən azı 147.365 nümayişçi topladığını göstərir.

Fransanın Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, etiraz aksiyasında 84 min nəfərin iştirak etdiyini açıqlayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə