Çilidə zəlzələdən sonra iki nəfər ürək tutmasından ölüb

Çilidə şənbə günü baş verən 6.7 bal gücündə zəlzələdən sonra iki nəfər ürək tutmasından ölüb. Trend-in məlumatına görə, yaşlı kişi və qadın zəlzələdən sonra vəfat ediblər.

Xatırladaq ki, Çili sahillərində 6,8 bal gücündə zəlzələ olub. Zəlzələnin ocağı 54 km dərinlikdə olub, episentri isə Kokimbo şəhərindən 29 km aralıda yerləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə