İddia: "Britaniyada siyasi sunami olacaq"

2016-cı ildə ölkələrinin Avropa Birliyindən çıxmasına səs vermiş Böyük Britaniya xalqının iradəsinin həyata keçirilməməsi ölkənin siyasi sistemində parçalanmalara səbəb olacaq.

Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Beynəlxalq Ticarət naziri Liam Foks “Sandi Teleqraf” nəşrində dərc olunan məqaləsində yazıb.

“Breksitin həyata keçirilməməsi parlamentlə xalq arasında uçurum yaradacaq. Parlamentarilərin heç bir halda müqaviləsiz Breksitə izn verməməsi siyasi sunamiyə səbəb ola bilər”, - Foks bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə