Macarıstanda etiraz aksiyaları yenidən başlayıb

Şənbə günü iki min nəfərə yaxın macar ötən ilin sonunda qəbul edilmiş artıq iş saatlarının kəskin şəkildə qaldırılması barədə qanuna etiraz əlaməti olaraq paytaxt küçələri, həmçinin ölkənin digər şəhərlərinin mərkəzi prospektləri ilə yürüş ediblər. SİA-nın verdiyi məlumata görə, Seksard şəhərində müxalifətçilər avtomobillərlə küçələrdə nəqliyyatın hərəkətinə mane olublar.

Macarıstanın hakimiyyət orqanları yeni qanunun əleyhdarlarını Avropaya kütləvi miqrasiyanı dəstəkləməkdə günahlandırır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə