Somalidə Birləşmiş Ştatların endirdiyi hava zərbələri nəticəsində "Əş-Şabab" terror qruplaşmasının 50-dən çox yaraqlısı ölüb. SİA-nın verdiyi məlumata görə, bu barədə ABŞ silahlı qüvvələrinin Afrika komandanlığı xəbər yayıb.

Bildirilir ki, aviazərbə şənbə günü ölkənin cənubunda yerləşən Orta Cubba əyalətinin Cilib şəhəri yaxınlığında, terrorçulardan ibarət böyük bir qrupun Somali milli ordusuna hücumuna cavab olaraq endirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə