Boliviyada iki sərnişin avtobusu toqquşub

Boliviyada iki sərnişin avtobusunun toqquşması nəticəsində 12-dən çox insan ölüb. Trend-in məlumatına görə, hadisə ölkənin Çalyapata bələdiyyəsində baş verib. Hadisə nəticəsində xəsarət alanlar da var. Ölənlər və xəsarət alanlar barədə hələlik rəsmi məlumat yoxdur, ancaq KİV-lər hər iki avtobusun tam məhv olunduğu barədə yazır.

Bütün xəbərlər Facebook səhifəmizdə