Liviya sahillərində 117 miqrant itkin düşüb

Aralıq dənizinin Liviya sahillərində miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində 117 nəfər itkin düşüb. “RİA Novosti” agentliyi xəbər verir ki, xilasedicilər 3 nəfəri xilas edə bilib. Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Flavio di Cakomo bildirib ki, itkin düşənlər arasında 10 qadın və 2 uşaq da var.

Miqrantlardan çoxu Qərbi Afrikadandır. Sağ qalanların sözlərinə görə, 40 nəfər Sudan vətəndaşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə