Meksikadakı partlayışda ölənlərin sayı 66 nəfərə çatıb

Meksikada neft kəmərində baş verən partlayış nəticəsində ölənlərin sayı 66 nəfərə çatıb, 76 nəfər yaralanıb. Bu barədə İdalqo ştatının qubernatoru Omar Fayyad mətbuat konfransında bildirib. Onun sözlərinə görə, yaralıların bəziləri çox ağır vəziyyətdədir. Partlayışda zərər çəkənlər arasında yaşı 18-dən az olan yeddi oğlan və 12 yaşında bir uşaq da var.

Xatırladaq ki, yanvarın 18-də axşam saatlarında İdalqo ştatındakı iri neft kəmərində güclü partlayış olub, sonra yanğın başlayıb. Hadisə kəmərin qanunsuz kəsilmiş yerində benzin yığmaq üçün azı 350 sakinin toplaşdığı vaxt baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə