Diqqət: Bu şəhərdə villalar 1 avroya satılır!

İtaliyanın cənubundakı Sambuka-di-Siciliya adlı kiçik şəhərdə boş qalmış evləri cəmi 1 avroya əldə etmək mümkündür. Hakimiyyət orqanları bu üsulla az məskunlaşma olan ərazilər problemini həll etməyə səy göstərirlər.

Axar.az xəbər verir ki, təpənin zirvəsində yerləşən şəhərdən Aralıq dənizi adasına və sahilboyuna mənzərə açılır. Bununla belə bildirilir ki, bura daşınmaz əmlak səhmlərinə cəlbedici qiymətlərinin olduğu ilk yer deyil.

“Hakimiyyətin daşınmaz əmlakı təbliğat xarakterli şüarlarla satmağa çalışdıqları digər şəhərlərdən fərqli olaraq, bizdə həqiqətən də villalar 1 avroya satışa çıxarılıb”, - deyə Sambuka merinin müavini Cüzeppe Kaçioppo bildirib.

Lakin tələb olunan məbləği ödəmək yeni evdə yaşamaq üçün yetərli deyil. Məskunlaşma şərtlərindən biri dəqiq müəyyən edilmiş müddətdə - 3 il ərzində təmirin aparılmasıdır. Dəyərləndirmələrə görə, bu, 15 min avroya başa gələcək. Bundan başqa yeni mülkiyyətçilərə 5 min avro məbləğində girov qoymaq lazım gələcək, villa bərpa edildikdən sonra isə bu məbləğ sahibinə qaytarılacaq.

“Hazırda 10 ev satılıb. Onlarca ev də öz sahiblərinin yolunu gözləyir. Biz İsveçrə, Fransa və İspaniyada yaşayan insanlardan çoxlu müraciət alırıq”, - deyə C.Kaçioppo əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə