Rusiyalı politoloq: "İrəvan-AB razılaşması ratifikasiya olunmayacaq"

Ermənistanla Avropa Birliyi arasında tərəfdaşlığın genişləndirilməsi barədə razılaşmanın ratifikasiyasının uzadılmasında fövqəladə heç nə yoxdur. Bunu “Tert.am”a açıqlamasında rusiyalı politoloq Fyodr Lukyanov deyib. “AB tərəfindən Şərq Tərəfdaşlığı çərçivəsində imzalanan bəzi sənədlər ratifikasiyanı gözləyir. Bu sənədlər AB üçün artıq keçmiş hesab olunan zamanda, yəni AB-nin şərqdəki tərəfdaşlarının inteqrasiyasını prioritet hesab etdiyi və bunu gündəmdə tutduğu vaxtda imzalanıb. İndi dövr dəyişib və bu məsələ artıq gündəmdə deyil. AB ölkələrinin əksəriyyəti daxili siyasi böhrandadır. Birliyin gündəmində yalnız daxili problemlər var, amma buna rəğmən, inteqrasiya prosesi hələ də dayandırılmayıb”, – deyə o bildirib.

Onun sözlərinə görə, Ermənistanla AB arasında razılaşmanın ratifikasiyası AB-nin gündəmində hazırda 5-ci və hətta 10-cu məsələdir: “Bu o demək deyil ki, ratifikasiya məsələsi gündəmdən çıxacaq. Siyasi impuls olmadan bu məsələnin həlli uzun müddət davam edəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə