Fransada erməni mafiozlarının başçıları həbs olundu

Fransa polisi Avropol-un köməyi ilə iri mafiya qruplaşmasının 21 üzvünü həbs edib. SİA xarici KİV-ə istinadən bildirir ki, qruplaşma əsasən ermənilərdən ibarətdir.

Avropol-un bəyanatında bildirilir ki, Fransa ərazisində 27 evdə yoxlama aparılıb. Həbs edilənlər arasında qruplaşmada söz sahibi olan şəxslər var.

Əməliyyat zamanı 23 min avro, iki min qutu siqaret, 23 kiloqram tütün və müxtəlif növ odlu silah müsadirə olunub.

Saxlanılanlar avtomobillərdən növbəti cinayət əməlləri üçün ödəniş vasitəsi (yəni narkotik və ya siqaretlə mübadilə) kimi xüsusi üsuldan istifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə