Türkiyədə seçkilərdə 53 min 99 suriyalı iştirak edəcək

Türkiyədə martın 31-də keçiriləcək bələdiyyə seçkilərində 53 min 99 suriyalı iştirak edəcək. SİA"Haberler"ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

"Türkiyə vətəndaşı olmaq hüququ qazanmış 53 min 99 suriyalı martın 31-də keçiriləcək bələdiyyə seçkilərində səs verəcək", deyə nazir bildirib.

Nazir qeyd edib ki, bələdiyyə seçkiləri günü 547 min polis xidmət edəcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə