Faciədə ölənlərin sayı 71 nəfərə çatıb FOTOLAR

Meksikada yanacaqötürmə borusunda baş vermiş partlayışın və ardınca yaranan güclü yanğının nəticəsində ölənlərin sayı 71 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə TASS agentliyi yazır.

Yanğınsöndürənlər briqadası hələ ki, onun qarşısı almaqda çətinlik çəkirlər. Hadisə yerində neft-qaz şirkətinin mütəxəssisləri və yanğını söndürmək üçün köpüklə təchiz olunmuş iki xüsusi avtomobil işləyir.

Daha öncə bildirilirdi ki, qorxunc hadisə nəticəsində 20 nəfər həlak olub, onlarla insan isə xəsarətlər alıblar. Faciə insanların kəmərdən qanunsuz şəkildə yanacaq çəkdikləri zaman baş verib. Belə ki, qaynaq vasitəsi ilə kəməri kəsərək, oradakı yanacağı əldə etmək istəyən insanlar nəticədə güclü partlayışla və yanğının qarşısında aciz qalıblar.

Meksika hökuməti hadisə ilə bağlı milli komissiya yaradıb və faciə baş verən yerə həkimlər də daxil olmaqla, dörd helikopter göndərib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə