Almaniyada qadını girov götürən şəxs saxlanılıb

Almaniyanın Bavariya əyalətinin Deggendorf şəhərindəki xəstəxanada xəstənin bir qadını girov götürməsilə bağlı keçirilən əməliyyat başa çatıb. “Report” “Bayerischer Rundfunk” telekanalına istinadən xəbər verir ki, 57 yaşlı qadını girov götürən 40 yaşlı xəstə ələ keçirilib. Onun əməliyyat zamanı yüngül xəsarət aldığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə