Stefan İsveçin Baş naziri seçilib

İsveç parlamentində (Riksdag) müvəqqəti hökumətin hazırkı başçısı Stefan Lyovenin baş nazir təyin edilməsi ilə bağlı səsəvermə keçirilib. Bu barədə "SVT" kanalı məlumat yayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Levinin lehinə 115, əleyhinə 153 deputat səs verib.

77 deputat bitərəf qalıb.

Sosial-Demokrat İşçi Partiyasının lideri Stefan Lyoven artıq ikinci dəfədir Nazirlər Kabinetinə başçılıq edəcək. Onun vəzifə müddəti 4 il olacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə