Kolumbiyada son 9 ilin ən böyük partlayışı törədilib

Kolumbiyanın paytaxtı Boqotoda bomba quraşdırılmış avtomobilin partladılması nəticəsində 8 nəfər ölüb. Axar.az xəbər verir ki, şəhər bələdiyyəsinin sədri Enrike Penalosanın verdiyi məlumata görə, partlayış yerli vaxtla 9:30-da polis akademiyasının çıxışında baş verib. Olayda ən azı 10 nəfərin də yaralandığı bildirilib.

Ölkə mediasının yazdığına görə, son 9 ildə ilk dəfə Kolumbiyada belə güclü partlayış qeydə alınıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə