Helekopter qəzaya uğrayıb Qazaxıstanda

Qazaxıstanın Almatı şəhərindəki “Alatau” sanatoriyasının ərazisində şəxsi helekopter qəzaya uğrayıb. SİA xəbər verir ki, “Evrokopter-130” markalı helekopter “Sky Service” aviaşirkətinə məxsusdur. “Boralday-Böyük Almatı gölü” marşrutu ilə uçan helekopterdə pilot Valentin Şitov qəzadan sonra sağ qalsa da, təcili tibbi yardımda xəstəxanaya aparılarkən yolda vəfat edib.

Qazaxıstan Respublikası Sənaye və İnfrastruktur İnkişafı Nazirliyinin qəza və hadisələrin araşdırılması departamentində istintaq başladılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə