Avropa İttifaqı Gürcüstana 3,5 milyard avro yardım ayırıb

Avropa İttifaqı Gürcüstanda infrastruktur və nəqliyyat layihələrinin maliyyələşdirilməsi üçün 3,5 milyard avro yardım ayırıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani məlumat verib.

Bildirib ki, Avropa İttifaqı “Şərq tərəfdaşlığı” proqramı iştirakçılarına infrastruktur və nəqliyyat layihələrinin reallaşdırılmasına yardım məqsədilə 13 milyard avro məbləğində vəsait ayırıb.

Bunun 3,5 milyardı Gürcüstan üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə