Etirazlarda 172 nəfər yaralanıb ölənlər var

Zimbabve İnsan Hüquqları Təşkilatı (ZADHR) ölkədə bazar ertəsi günündən başlayan etirazlarda ümumilikdə 172 adamın yaralandığını, onlardan 68 nəfərinin isə silahlı atəşlə vurulduğunu açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, etiraz aksiyaları məktəbli də daxil olmaqla 3 nəfər həlak olub. Yaralananlar arasında isə 26 nəfərin məktəbli olduğunu açıqlanıb.

Bundan başqa təşkilat etirazlar zamanı insanların polis zərbəsi, it dişləməsi ilə bağlı zərər çəkdiyini bildirib. Birliyin yaydığı məlumata görə, etiraz qurbanların sayı daha yüksək ola bilər. Çünki bir çox insan tibbi müalicə imkanlarından məhrum edilib.

Qeyd edək ki, Zimbabve də etiraza səbəb olan məsələ ötən həftə ölkə prezidenti tərəfindən yanacaq qiymətlərinin 200% bahalaşmasıdır .

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə