Suriya paytaxtına güclü qar yağdı

Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb. Nəticədə küçələrin əksəriyyəti su altında qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sinoptiklər Suriya paytaxtına 36 saat davam edəcək qütb siklonunun gələcəyi barədə əvvəlcədən xəbərdarlıq ediblər.

Siklonla əlaqədar olaraq Suriyanın bütün dəniz limanları bağlanıb.

Dəməşqdə hava günortadan sonra birdən-birə pisləşib, göy üzünü buludlar alıb, ardınca güclü yağış yağmağa başlayıb. Daha sonra yağış güclü qar ilə əvəzlənib.

Yerli sakinlərin bildirdiklərinə görə, artıq neçə ildir yanvar ayında belə hava müşahidə olunmayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə