Keniyada otelə terror hücumu 15 ölü

Keniyanın paytaxtı Nayrobidə oteldə baş verən terror aktında ölənlərin sayı 15-ə çatıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ölənlər arasında ABŞ və Böyük Britaniya vətəndaşları da var.

Keniyanın xüsusi sidmət orqanlarının verdiyi məlumata görə, ötən gecə terrorun baş verdiyi “Dusit” otelindən 174 nəfər evakuasiya edilib.

Qeyd edək ki, terrora görə məsuliyyəti əsasən Somalidə fəaliyyət göstərən “Əş-Şabab” radikal qruplaşması öz üzərinə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə