Ukrayna Mərkəzi Seçki Komissiyası yanvarın 15-də keçirilən iclasında daha üç nəfərin prezidentliyə namizədliyini təsdiqləyib. Belə ki, iclasda “Naşi” partiyasının üzvü Yevqeniya Muraeva, “Qrajdanskaya pozitsiya” partiyasının rəhbəri, deputat Anatoliy Qriçenko, Ukrayna Ali Radasının komitə sədrinin müavini Vitali Kupriyanın prezidentliyə namizədlikləri qeydə alınıb.

Bununla da prezidentliyə namizədlərin sayı 8-ə çatıb. Daha iki nəfərin namizədliyinin qeydə alınmasından isə imtina edilib. Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə