"Sünnilər və türkmənlər hakimiyyətdə daha çox yer tutmalıdır"

Sünnilər və türkmənlər, bizim düşüncəmizə görə, hakimiyyətdə daha çox yer tutmalıdır və buna layiqdirlər. Bilikli və istedadlı insanlarımızdan bu mənada istifadə etməliyik. Bu, onların haqqıdır və doğru olanı da budur. Axar.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani bildirib.

Ölkənin şimal-şərqindəki Gülüstan əyalətini ziyarət edən Ruhani burada jurnalistlərə verdiyi açıqlamada sünnilər və türkmənlərin hakimiyyətdə təmsil olunmaları istiqamətində addım atdıqlarını deyib:

"Bu gün İranda türkmən, sünni və qadınlardan ibarət səfir, sahə rəisi, vali müavini və baş direktorlar var. İdarəetmə mərhələsində qadınlara 30 faiz kontingent ayrılması vədimə sadiqəm".

Bütün xəbərlər Facebook səhifəmizdə