Lordlar palatası “Sərt Brexit” layihəsini dəstəkləmədi!

Böyük Britaniya Parlamentinin Lordlar palatası ölkənin Avropa İttifaqından (Aİ) saziş imzalamadan çıxmasını, yəni “Sərt Brexit” variantını dəstəkləməyib. Bu barədə palatanın “Twitter” səhifəsində məlumat verilib.

“Lordlar palatası Aİ üzvlüyündən sazişsiz çıxmaq ssenarisini rədd etməyi, İttifaqla gələcək əlaqələrə dair sazişin şərtlərindən təəssüf ifadə etməyi 152 əleyhinə səsə qarşı 321 səslə dəstəkləyib”, - Lordlar palatasının “Twitter” səhifəsində qeyd olunub. Bu gün axşam İcmalar palatasında keçiriləcək səsvermənin nəticəsi mənfi olsa, hökumət Aİ-dən çıxmağa dair yeni referendum keçirmək barədə qanun layihəsini Parlamentə təqdim etməli olacaq.

Xatırladaq ki, Aİ Böyük Britaniyanın üzvlükdən çıxması barədə bir daha danışıqlar aparılmayacağını rəsmən təsdiqləmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə