Parisin mərkəz hissəsində güclü partlayış baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, partlayış Trevisa küçəsində yerləşən çörək sexində qeydə alınıb. Polis tərəfindən açıqlanan məlumata görə, hadisə qaz sızması nəticəsində baş verib.

Partlayış nəticəsində qurbanların olduğu bildirilir.

Qeyd edək ki, bundan öncə Almaniyada beş şəhərdə məhkəmələr bomba xəbəri ilə bağlı təxliyə edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə