İstanbulda iki qatar toqquşub FOTO

İstanbulun Bakırköy mahalında şəhərətrafı dəmiryol xəttində iki qatar toqquşub. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, elektrik xəttini çəkən avtomobil, dəmiryol xəttində test edən qatarla toqquşub.

Dərhal təcili yardım və xilasetmə qrupları hadisə yerinə cəlb edilib.

Hadisə zamanı qatarda sıxışıb qalan iki nəfər, xilasetmə qrupları tərəfindən azad olunub. Yaralılar təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb. Baş verən hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Müəllif: Minarə Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə