İndoneziya sahillərində 5.4 bal ücündə zəlzələ olub. SİA-nın ABŞ-ım Geologiya Xidmətinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanın episentri Benqulu şəhərindən 117 kilometr şimal-qərbdə (əhalisi 329.000 nəfər) Sumatra sahillərindən kənarda yerləşib. Zəlzələnin mərkəzi 43.9 kilometr dərinliyində qeydə alınıb.

Zərərçəkən və ölənlər haqqında heç bir məlumat açıqlanmır. Sunami təhlükəsi haqqında informasiya daxil olmayıb.

Qeyd edək ki, ötən il İndoniziyada 23 dağıdıcı zəzlələ qeydə alınıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə